Menu

Qlobal Rəqabətlilik Hesabatı: Azərbaycan 144 ölkə arasında 38-ci oldu

03.09.2014, 11:52
Qlobal Rəqabətlilik Hesabatı: Azərbaycan 144 ölkə arasında 38-ci oldu

Sentyabrın 3-də Dünya İqtisadi Forumu Qlobal Rəqabətlilik Hesabatı: 2014-2015 nəşrini təqdim edib.

Azərbaycan Marketinq Cəmiyyətindən “Media forum” saytına verilən məlumata görə, Azərbaycan rəqabətlilik reytinqində 144 dövlət arasında 38-ci yerdədir. Ölkə MDB məkanında ən yüksək nəticə göstərib.

Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplayıb, Avropadan İtaliyanı (49-cu yer), Polşanı (43-cü yer), Rumıniyanı (59-ci yer), qonşu ölkələrdən Türkiyəni (45-ci yer), Gürcüstanı (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Ölkə keçmiş sovet məkanından yalnız Estoniyadan (29-cu yer) aşağıda qərarlaşaraq Litvanı (41-ci yer) və Latviyanı (42-ci yer) da arxada qoyub.

Qlobal Rəqabətlilik Hesabatı: 2014-2015 nəşrinə görə, dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İlk beşlikdə Sinqapur, ABŞ, Finlandiya və Almaniya da yer alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol