“Binə” və “Sədərək” ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən, 30 minə yaxın vətəndaşı, işçini əhatə edir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
“Bütün bu mağazaların mülkiyyət hüququ mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə məxsusdur. Bu ona bənzəyir ki, bina tikilir verilir sakinə, sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüququ əsasında orada fəaliyyət göstərməyə məhkumdurlar. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir”, - F.Mustafa bildirib. (Report)


Şərhlər
Fazil bəy!! Azərbaycan isə quldarlıq qaydaları ilə idarə olunur!