«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kosovanın prezidenti Haşim Taçi ölkəsinin qonşu Albaniya ilə birləşməsini istisna etməyib.
Onun sözlərinə görə, əgər Avropa İttifaqı (Aİ) tanınmamış respublikanın təcridini davam etdirərsə və viza prosesinin liberallaşdırılmasını yubadarsa, o zaman belə imkanın institusional hərəkətlərinə baxılacaq.
Taçi qeyd edib ki, Kosova hakimiyyəti birləşmə məsələsini referenduma çıxara və ya parlament qətnaməsi ilə ifadə edə bilər.
«Biz bunu parlament qətnaməsinin köməyi ilə və ya Kosova və Albaniyada referendum keçirməklə - Perşevo, Medvecu və Buyanovas daxil olmaqla - edə bilərik. Əgər Aİ iki bayraqla iki alban dövlətini qəbul etmək istəmirsə, qoy yalnız bir bayrağı qəbul etsin» - deyə, «Dukagjinit» telekanalı Taçidən sitat gətirir.
Beləliklə, Kosova bölgənin alban əhalisi üçün tarixi həqiqətin barpasına nail olmaq niyyətindədir.


Şərhlər