Gəncədə məhkumun dəmir parçası ilə özünə xəsarət yetirməsinin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verən zaman 30 yaşlı məhkum Tural Fərəcov özünə xəsarət yetirib. Tərəflər arasında mübahisəyə səbəbGöygöl rayonu, Yeni Qızılca qəsəbəsində baş vermiş qətl hadisəsi olub. Həmin cinayət hadisəsinin məhkəməsi zamanı tərəflər münasibətləri aydınlaşdırmağa çalışıb.
Qeyd edək ki, davada iştirak edən şəxslər Rövşən Lənkəranski və Lotu Qulinin adamları olub.
Davanın 8 nəfərin iştirakı ilə baş verdiyi məlum olub.
* * *
Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib.
“Report” xəbər verir ki, hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib.
Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər