Menu

Bakıda toy mərasimində dava olub

09.06.2019, 10:01
Bakıda toy mərasimində dava olub

Bakıda şadlıq sarayında dava olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsi, 84 ünvanında yerləşən, "Oğuz Xan" şadlıq evində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı 1980-ci il təvəllüdlü İbadov Əhmədağa Məmmədağa oğlu döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Şərhlər

dadaşyev 2019-06-09 10:01:58

Hansı toyda dava düşmür ki?Qəhrəmanlıq meydanımız ancaq toyxanalardı deyə şuluqluq salıb "baş kəsib,qan töküb,ad qazanmaq" istəyirik.Şıllaq atmaq üçün pulumuzu verib zakaz verdiyimiz mahnıya bir başqası oynayammaz;qan su yerinə axar mən ölüm.Torpaq getsə yox haa,ərəblər Bakının mərkəzindəcə gözümüz baxa-baxa qızlarımıza sürtüşsələr yox haa,yalnız və yalnız toyxanada zakazımıza başqası oynasa qan su yerinə axar.Çünki çox namusluyuq,qeyrətliyik,bizdən yoxdu,bunnanıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol