Menu

Qərb Rusiyaya qarşı yeni sanksiyaları bu gün elan edəcək

05.09.2014, 12:27
Qərb Rusiyaya qarşı yeni sanksiyaları bu gün elan edəcək

Qərb ölkələri Moskvanın Ukraynaya münasibətdə siyasətinə görə sanksiya rejiminin tətbiqini sərtləşdirməyə hazırlaşır.

Bu dəfə sanksiyalar Rusiyanın müdafiə sənayesinə, dövlət banklarına, enerji sektoruna və təxminən prezident Putinə şamil olunacaq.

Bu arada bu gün - sentyabrın 5-də Minskdə münaqişənin sülh yolu ilə mümkün həlli ilə bağlı danışıqlar bərpa olunmalıdır. Böyük Britaniya hökumətinin təmsilçisi Avropa İttifaqı və ABŞ-ın bu gün yeni sanksiyaları elan edəcəyini bəyan edib.

"Biz Putini danışıqlar masasına oturmağa və döyüş bölgəsini tərk etməyə məcbur etmək üçün ona təzyiq etməyə davam edəcəyik" - o deyib.

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rodes Uelsdə NATO sammitində çıxış edərkən deyib ki, ABŞ yeni sanksiyalarının son detallarını tamamlayır.

Fransa prezidenti Fransua Olland bəyan edib ki, Avropa liderləri yeni sanksiyaları sentyabrın 5-də elan edəcəklər və "əgər heç bir irəliləyiş əldə olunmasa, tətbiq edəcək, amma hər şey yaxın saatlarda nə baş verəcəyindən asılıdır".

Ukrayna prezidenti Pyotr Poroşenko atəşin dayandırılması haqda razılaşmanın sentyabrın 5-də əldə edilə biləcəyini deyib. Poroşenkonun sözlərinə görə, hər şey Minskdə Ukrayna, Rusiya, ATƏT və Ukraynanın şərqindən olan separatistlər arasında danışıqların nəticəsindən asılıdır.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, separatistlərin özləri bəyan edib ki, Minskdə münaqişənin sülh yolu ilə həlli haqda razılaşma əldə olunacaqsa, gündüz yerli vaxtla saat 2-də atəşin dayandırılacağını elan edəcəklər (BBC).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol