Menu

AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı - "Qeyri-peşəkar insanlar peşəkarlara meydan oxuyur"

15.06.2019, 18:18
AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı - "Qeyri-peşəkar insanlar peşəkarlara meydan oxuyur"

AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb. Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib.

İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:"Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir".

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib: "Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".

Məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.

Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.

Şərhlər

Rizvan 2019-06-15 18:18:51

Bu proses bütün Azərbaycanı bürüyüb.Belə hallar Təhsil Nazirliyində ,Vergilər Nazirliyində .Rabitə Nazirliyində,ƏSMN Nazirliyində artıq adı hal alıb. Narahat olmağına dəyməz,atalar sözü var"Haynan gələn,Vaynan gedər".Bariz nümunə Eldar Mahmudov.

dadaşyev 2019-06-15 18:18:51

davamı;Özü də hər gün bir başqasını dəvət et ki,rəngarəng olsun.Aşıqlarımız çoxdu,narahat olma,hörmətli qonaqlar gələndə aypara şəklində dövrə vurub yaxşı oxuyurlar,qaça-qaça saysan qoç Koroğlu dəliləri qədər sayarsan,hesabı itirərsən.7777 aşıq sənin verilişinə azı 20 il bəs edər.Mən indi tələsirəm,Qızılağac,ya da Şirvan dövlət qoruqlarından birində meşəbəyidən-zaddan iş axtarıram ki,deputatdan-nazirdən-zaddan olum gələcəkdə,yoxsa biraz da məsləhət verərdim.Di salamat qal,a qızım.Kenqdinqə iyi bakqınanq.

dadaşyev 2019-06-15 18:18:51

A qızım,yoldaş dadaşyev sənə gözəl bir çarə desin.Manaflar,ədalətlər,mətanətlər filan heç,tarixin çöplüyünə atılası ünsürlərdi.Sən belə elə:Qazax-_Gədəbəy zonasında yaxşı qazanpapaq,enkevede formalı,cır-cır cırıldayan xrom çəkməli aşıqlar var,sazlarının qolu bombardmançı təyyarələri vuran zenit artilleriya toplarının lüləsindən də uzun mən ölüm.Hər gün verilişinə onlardan birini gətir,"dərdin alem,qadanq alem,huhahaha,hiahaha" eliyə-eliyə sabahdan axşamacan haray çəksinlər.Vəssalam.Ən reytinqli olajanq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol