Menu

Serbiya səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb

20.06.2019, 11:14
Serbiya səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb

Serbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yol qəzasına düşüb.

“Report” xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu ərazisində Serbiyanın Azərbaycandakı səfirliyinə məxsus Kamal Cəfərovun idarə etdiyi “Skoda” markalı avtomobil işıqforda qarşıda dayanan Rusiya vətəndaşı İslam Paşayevə məxsus “Toyota” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı səfirliyin müvəqqəti işlər vəkili xanım Daniça Veynoviç avtomobildə olub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol