Menu

Braziliya darmadağınla qrup qalibi olub

23.06.2019, 07:57
Braziliya darmadağınla qrup qalibi olub

Braziliyada keçirilən Amerika kubokunda III tura start verilib.

APA-nın məlumatına görə, baş tutan iki oyunla dörd komanda üçün qrup mərhələsinə yekun vurulub.

Boliviyanı 3:1 hesabı ilə məğlub edən Venesuela 2-ci yerin sahibi kimi 1/4 finala adlayıb. Braziliya isə Perunu 5 cavabsız qolla darmadağın edib. “Sambaçılar” bu qələbə ilə qrup qalibi olublar.

Amerika kuboku

III tur, A qrupu

Boliviya – Venesuela – 1:3

Yustinyano, 82 – Maçis, 1, 54, Martines, 66

Peru – Braziliya – 0:5

Kazemiro, 11, Firmino, 18, Everton, 31, Dani Alves, 53, Villian, 90

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol