Menu

Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb

23.06.2019, 22:28
Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub.

Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol