Müdafiə Nazirliyi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsini arasında yaranan torpaq mübahisəsi davam edir.
Nazirlik yenidən dövlət komitəsini məhkəməyə verib. Bu barədə azvision.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Bildirilir ki, dövlət qurumlarının şikayətlərinə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.
İlk məhkəmə iclası isə sentyabrın 10-da hakim Sərvət Hüseynovun sədrliyi ilə keçəcək.
Qeyd edək ki, MN bundan öncə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məhkəməyə şikayət etmişdi.
Nazirliyin mətbuat xidmətindən bu məsələ ilə bağlı bildirilib ki, əvvəllər Müdafiə Nazirliyinin balansında olan və sonradan Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş torpaq sahələrinin və həmin sahələrin üzərində yerləşən tikililərin yaranmış zərurətlə əlaqədar Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı Komitəyə müraciət olunub. Amma nazirliyin müraciəti təmin olunmayıb.
Məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəsində baxılırdı.

Şərhlər