Menu

Hökumət 2 il ərzində mənzil və evlərin sənədləşdirilməsini tamamlamağı tapşırıb

01.07.2019, 16:35
Hökumət 2 il ərzində mənzil və evlərin sənədləşdirilməsini tamamlamağı tapşırıb

Azərbaycanda 2019-2020-ci illərdə yaşayış sahələrinin sənədləşmələrinin tamamlanması istiqamətində tədbirlər həyata keçiriləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Bu, sığortalanma üçün ilkin tələblərin təmin edilməsi üçün vacib şərt kimi qəbul edilib. Əmlak Məsələləri Dövlət Komitəsinə 2019-2020-ci illərdə yaşayış və qeyri-yaşayış sahələrinin sığortalanması məqsədilə həmin sahələrin sənədləşməsinin tamamlanması istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Paralel olaraq Fövqəladə Hallar Nazirliyinə 2019-2020-ci illərdə daşınmaz əmlakın tikinti standartlarına uyğun olaraq tikintisi və inşasını təmin etmək də tapşırılıb. Sənəddə qeyd edilib ki, əmlakın tikinti və inşaat standartlarına uyğun inşa edilməsi sığorta tarifinə birbaşa təsir edir və bu da sığorta haqlarının azaldılmasına, insanlara sığortanın əlçatan olmasına imkan verəcək. Bu baxımdan sığorta risklərinin düzgün qiymətləndirilməsi və idarə edilməsi məqsədilə daşınmaz əmlakın tikinti standartlarına uyğun olaraq tikintisinin və inşasının təmin edilməsi vacib sayılıb.

Şərhlər

t.ədalət 2019-07-01 16:35:56

Məktəb və uşaq bağçalarının həyətlərində,sakinlərin ümumiistafadə sahələrində qanunsuz tikilən bina və villalar necə,onlar da sənədləşəcək?"Neftçi"nin bazasının həyətinin bir hissəsi də ələ keçirilib və mülklər tikilib.Görəsən, paytaxt ərazisində toxunulmaz yer qalıb?Hara baxırsan,mağara təfəkkürlü adamların yaramaz əməlləri ürək bulandırır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol