Menu

Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ qalxıb

03.07.2019, 23:50
Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ qalxıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, iyulun 3-də qızılın qiyməti iyulun 2-i ilə müqayisədə 61,1915 manat artaraq 1 unsiya üçün 2426,155 manat təşkil edib.

Gümüş 0,2283 manat bahalaşaraq 1 unsiya üçün 26,0514 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 8,9845 manat azalaraq 1412,0115 manat, palladiumun qiyməti isə 21,794 manat artaraq 2657,253 manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol