Türkiyənin Amasiya şəhərinin Gümüşhacıköy rayonunda 60 yaşlı Gürcüstan vətəndaşı yaşadığı evdə ölü tapılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Həmin şəxsin 60 yaşlı Afət Məmmədli olduğu müəyyən olunub.
Qonşular A.Məmmədlinin evində atəş səsləri eşidildiyi barədə polisə xəbər veriblər. A.Məmmədlinin yaşadığı evə gələn təcili tibbi yardım maşını və polis əməkdaşları onun silahla qətlə yetirildiyini müəyyən ediblər.
Qadının evində iki güllə gilizi tapılıb.
Qətli törədən şəxs və ya şəxslərin axtarışları istiqamətində tədbirlər həyata keçirilir.

Şərhlər
davamı;Qan qardaşlarımızdı,amma vallah-billah ailə quraraq xoşbəxt ola bilməzsiniz onlarla.Küsəyən,qeybətcil,fitvaya-tırkaya gedən,eqoist,eyni zamanda amansız,qansız ailə başçısıdı onlar.Var-dövlətlərini ələ keçirmək üçün ərə getdiyiniz bəlli,amma ələ keçirdinizsə dərhal geri dönün,bir ildən artıq yaşayamazsınız onlarla.Özünüzü uçuruma atmayın.Onların DİLləri şirindi,DİLləri gözəl işləyir,amma ailə xoşbəxtliyi üçün bu yetirmi?
Türk seriallarına uyan qızlarımızdan başıboşları Türkiyə həyatını Braziliya seriallarındakı kimi təsəvvür edib oralara uçaraq min oyundan çıxırlar deyə az zaman içində təpələrindən bir güllə alırlar.Ay qızlar,türk həyatının seriallarla qətiyyən əlaqəsi yoxdur,Türkiyədə illərlə yaşamış adam kimi deyirəm bunu sizə.Yazığım gəlir sizə.Türk kişisi dünyanın ən əla sığğallanan kişisidir,qaşlarını da alır hamısı qadın kimi,amma ponyatkada son dərəcə və son dərəcə geridirlər.Hətta bəzən "danışan kötük"dürlər sadəcə.