Azərbaycan Mərkəzi Bankı (AMB) hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq.
Bu barədə Trend-ə Mərkəzi Bankdan məlumat veriblər.
AMB-nin hesablamalarına görə, qısamüddətli inflyasiya risklərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.
Qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.


Şərhlər
Uzun illər külli miqdarda neft qaz millyardları gələn ölkədə infilyasiya, devalyasiya olmamalıdır. Hələ bizdə 1-ci, 2-ci devalvasiya da olmamalı idi. Bu qədər gəlir gələn ölkədə milli valyuta birdən birə 100 faiz keyfiyyətini itirməli deyildir. Yeni devalvasiya millətimiz üçün böyük fəlakət olar. Ona görə,israfçılığa talana son qoymalı və talançılar millətə atdıqları milyardları da alıb ehtiyat fonduna yığıb, devalvasiyanın qarşısını almaq lazımdır. Yeni maliyə pul oyunları kasıb əhaliyə qarşı indiki vəziyyətdə talançı məmurların istədikləri növbəti xəyanətkar addım olacaq. Onsuz da onlar bu illər ərzinə milləti xalqı müxtəlif yollarla talan ediblər. Və bunun da nəticəsində ölkədə kasıb kütlə ağır həyat tərzi keçirir. VArlılar,klanlar,məmurlar,deputatlar isə kefdədirlər. GÜn gündən varlanır burada və xarici ölkələrdə pullarını kapitallarını millətə atmaqla çoxaldırlar. Hər gün mərbatda birinini 150 milyon, digərnin 500 mln, baçqasının milyardları olduğu üzə çıxır.