Milli Məclisin deputatı Aqil Abbas "adalet.az"da səhiyyə naziri Oqtay Şirəliyevi ittiham edən yazı ilə çıxış edib. Həmin yazını təqdim edirik:
Şəkidə Xan sarayının həyətindəki 500 illik çinarın budağının qırılması və ağacın altında qalan turistlər… Bu faciə təbiət hadisəsidir, gözlənilməz və qaçılmazdır. Hər gün dünyada onlarla belə hadisə baş verir. Eləcə də Azərbaycanda, Bakının özündə külək tez-tez ağacları aşırır, budaqlarını qırır, altında maşınlar qalır, əzilənlər olur.
Oxuyuram ki, bu ağacın budanması üçün qoruq məsələ qaldırıb, bələdiyyə məsələ qaldırıb, icra məsələ qaldırıb, amma o bunun üstünə, bu onun üstünə atıb və nəticə…
Mənim toxunmaq istədiyim məsələ başqadır. Ağacın altında qalanların ağır vəziyyətdə olanları dərhal Bakıya gətirildi. Yaralananlardan biri Gəncə sakini 32 yaşlı müəllimə ayağında bir neçə sınıqla Şəki şəhər xəstəxanasına qaldırıldı. Və ağrılardan şoka düşərək iki gün sonra vəfat etdi. O boyda xəstəxanada bu gənc müəlliməni şokdan çıxara biləcək həkimlər yox idimi?! Yox idisə, niyə bura – Bakıya götürülmədi?
Tovuzda bir xanımı ilan sancır, o boyda rayonda ilana qarşı zərdab tapılmır. Gətirirlər Gəncəyə, Gəncədə də zərdab tapılmır. Üz tuturlar Mingəçevirə və xanım yolda həyatını itirir. Bu zərdab nədir ki,Tovuzda, eləcə də Gəncə kimi böyük şəhərdə tapılmır. Səhiyyə Nazirliyi bu zərdabı neyləyir? Özləri üçün saxlayırlar?!
Yenə rayonların birində bir qadını quduz it tutur. Rayonda buna qarşı vaksin tapılmır. Onu da gərək ki, Mingəçevirə gətirmək istəyiblər, ya da deyəsən Gəncəyə, orda da çarə tapılmır, Bakıya gətirəsi olurlar, yolda ölür.
On aylıq körpəni adi bir xəstəlikdən Ağdaşda müalicə edə bilmirlər, göndərirlər Mingəçevirə. Mingəçevirdə də dərdinə əlac edə bilmirlər, məsləhət bilirlər Bakıya aparsınlar, amma Ambulans tapılmır. Deyirlər Ambulansı Ağdaş verməlidi. Hətta polis, prokurorluq işə qarışır, yenə də Ambulans ala bilmirlər. Uşaq atasının qollarında uçur cənnətə. O uşağı xilas etmək üçün Ambulans əsirgəyənlərin cəhənnəmdə qır qazanında yandırılacağına da inanmıram. Çünki cənnət-cəhənnəm söhbətləri uydurmalardır. Cənnət də bu dünyadı, cəhənnəm də. O uşağa Ambulans verməyənlər bu dünyada cənnətdə yaşayırlar və körpə balamıza və balalarımıza cəhənnəm əzabı yaşadırlar. Oxudum ki, həmin həkimləri işdən kənarlaşdırıblar. Nə olsun? O körpə həyata qayıdacaqmı?
Gərək polis o Ambulans verməyənlərin gedib elə gecənin o vaxtında qulağından yapışaydı. Buna da qanun yol vermir. Düşəcəkdilər polisin üstünə, amma polis belə şeylərdən qorxmasın. Bəzən elə belə qanunları tapdamaq lazımdı. Ortada bir insan həyatı var.
Yeri gəlmişkən, mətbuatda oxudum ki, Yol polisi qəzada ağır yaralanan bir gənci məşhur «Semaşko» xəstəxanasına gətirir, amma xəstəxana yaralının ağır vəziyyətdə olduğunu deyib qəbul etmir. Məcbur olub başqa bir xəstəxanaya aparır, həmin xəstəxana da məlum səbəbdən qəbul etmir. Məcbur olub üçüncü xəstəxanaya aparır, nəhayət, qəbul edirlər. Qan lazım olur və həmin polis özü qan verir və yaralının həyatı xilas olur. Həmin polisi min yaşasın. Qəbul etməyən həkimlər haqda bu sözü deyə bilmərəm.
Sən necə bir xəstəxanasan ki, yaralını qəbul etmirsən?
Daha sonra oxuyuram ki, 8 yaşlı bir körpə də həkimlərin günahından və səhlənkarlığından bu gözəlim dünyadan məhrum olub.
Sağ ayaq yerinə sol ayağı kəsənlər, doğuş vaxtı ana və uşaq ölümləri və sair və ilaxır, çoxlu fakt göstərə bilərəm. Ehtiyac yoxdu, hər gün qəzetlərdə, saytlarda, ya da sosial şəbəkələrdə oxuyuram.
Məsələ nədi? Niyə xəstələnənlər, ya yararlananlar və sair və ilaxır hamısı Bakıya qaçırdılır? Bəs, rayonlarda tikilmiş eşşək boyda xəstəxanalar və Diaqnostika mərkəzləri kimə və nəyə lazımdı? Dövlət milyonlarla xərc çəkib demək olar ki, bütün rayonlarda Avropa standartlarına cavab verən xəstəxanalar tikib və Avropa standartlarına cavab verən tibbi-texniki ləvazimatlarla təmin edib.
İkicə fakt deyim, bəsdi. Professor Rəşad Mahmudov həm Lənkərandakı, həm də Horadizdəki Mərkəzi xəstəxanalarda açıq ürək cərrahiyyə əməliyyatı aparıb. Bu o deməkdir ki, deməli, rayonlarımızda dövlət bu şəraiti yaradıb. Bəs, niyə Bakıya qaçırlar?
Rayonlardakı xəstəxanalarda əvvəla, həkim personalı çatışmır. Mənim deputat olduğum bölgədə, yəni Füzulidə gərək ki, 150 həkimə ehtiyac var, Ağcabədidə 87 və mənim Ağdamımda 100-dən çox. Təkcə bu il Tibb Universitetini gərək ki, 1400 nəfər bitirib. Hələ xaricdə təhsil alıb gələnləri demirəm. Onların çoxu Bakıda iş axtarır və həm də işsizdi. Niyə onlara həmin və digər rayonlara təyinat verilmir? Səhiyyə Nazirliyi nə ilə məşğuldur?! Demirəm onlar gedib dağı dağ üstə qoyacaqlar, amma hər halda kiməsə yardım edə biləcəklər.
Bir əzizimi Ankaraya xəstəxanaya aparmışdım, həkimlə də əvvəlcədən danışılmışdı. Xəstəxananın dəhlizində oturub növbəmizi gözləyirdik, müəyyən sənədləşmə gedirdi. Mən də, qarabağlılar demişkən, ala itdən məşhuram, bir də gördüm ki, altı-yeddi gənc yığışdı başıma. Məlum oldu ki, həmin xəstəxanada çalışan 25-30 yaşlarında gənclərdi və azərbaycanlılardı. Dedilər ki, məllim, siz əziyyət çəkməyin, biz sənədləşməni edərik. Biri ora qaçır, biri bura qaçır . Nə isə, sənədləşməni həll etdilər . Bizi qəbul edən həkimlə həmin gənclərlə bağlı söhbət etdim. Məlum oldu ki, bu gənclər həmin həkimin rəhbərliyi ilə hətta ürək əməliyyatlarını həyata keçirirlər. Sonra həmin gənclərlə görüşdüm. Dedim ki, sizə qurban olum, niyə Azərbaycana qayıtmırsız, axı sizlərə böyük ehtiyacımız var. Cavabları bilirsiz nə oldu? Biz burda 4-5 min dollar maaş alırıq. Qayıdaq Azərbaycana 300 manata işləyək, gözümüz xəstənin qohumlarının əlində qalsın? Hörmətli səhiyyə nazirimiz heç bu gənclərlə maraqlanıbmı?!
Oxuyuram, həm də bilirəm, Azərbaycan Tibb Universiteti həqiqətən çox gözəl həkimlər hazırlayır. Artıq bu universitetə qəbul olunanlar keçmişdə olduğu kimi, pulla deyil, öz qabiliyyətləri və savadları ilə qəbul olunurlar. Universitetdə də Əhliman müəllimin, həm də onun yerinə təyin olunan Gəray müəllimin səyi nəticəsində normal bilik alırlar. İçlərində çox istedadlı uşaqlar var. Niyə bu uşaqlar təcrübə keçən zaman demirəm Almaniyaya, cəhənnəm, heç olmasa Türkiyəyə, Gürcüstana və İrana göndərilmirlər? Baxıram, Türkiyədən , İrandan bura uzman həkimlər gəlir. Televiziyalar onları reklam edir, mətbuat reklam edir, ədə, qoyma filan həkim Tetrasiklinlə müalicə oluna biləcək hansısa bir xəstəliyi tədave edəcək.
Həqiqətən, Türkiyədə, İranda, eləcə də dost Gürcüstanda uzmanları bilirik. Əvvəla, həmin uzmanları dəvət edirsizsə, birinci gəlsinlər gənc həkimlərimizə öz bildiklərini öyrətsinlər. İkincisi, biz niyə qeyd etdiyim kimi universitetimizi yüksək biliklə bitirən gənclərimizi təcrübə üçün Türkiyə və İrana göndərməyək? Buna maddi vəsait lazımdı, Allaha şükür, Azərbaycanda da pul mal tırığı kimi, getsinlər öyrənsinlər və qayıtsınlar.
İkincisi də, Türkiyədə və ya İranda özlərini uzman doktor kimi göstərənlər Azərbaycanda kef edirlər. Ay Səhiyyə Nazirliyi, bunlara kim imkan verib ki, Azərbaycanda gəlib xar vurub xarman sovursunlar?!
Qayıdaq xəstələrin Bakıya qaçırılma məsələsinə. Deməli, dövlət Səhiyyə Nazirliyinə milyon yox ey, milyardlarla vəsait xərcləyir. Hər regionda yox ey, hər rayonda Avropa standartlarına cavab verən xəstəxanalar tikilib. Hər cür ləvazimatla , yuxarıda qeyd etdiyim kimi, təmin olunub. Bəs, elə isə insanlar niyə Bakıya qaçırlar? Deməli, rayonlardakı həkimlərə inanmırlar. Bəs, niyə inanmırlar? Səhiyyə naziri Oqtay Şirəliyev və Səhiyyə Nazirliyi bu barədə fikirləşibrmi?
Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait az qala müdafiə xərclərinə ayrılan vəsaitə bir az yaxındı. Səhiyyə Nazirliyi bu vəsaiti hara xərcləyir?! Bunu da qoyduq bir kənara.
Keçək məsələnin başqa bir tərəfinə. Tez-tez mətbuatda oxuyuruq, hansısa tanınmış bir şəxs, sənət adamı, elm adamı, ya hərbçi Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vəsaiti hesabına hansısa xarici bir ölkəyə müalicəyə göndərilir. Eləcə də bu sahədə bəzi məsələləri Möhtərəm Prezidentimiz İlham Əliyev nəzarətinə götürür. Və nə qədər insanlar Möhtərəm Prezidentimizin və vitse-prezidentimiz Mehriban xanımın köməyi ilə həyata qayıdır. Niyə bu məsələlərlə Möhtərəm Prezidentimiz İlham Əliyev, eləcə də 1-ci vitse-prezident Mehriban xanım Əliyeva məşğul olmalıdır? Bəs, onda Səhiyyə Nazirliyi kimə və nəyə lazımdı?
Yeri gəlmişkən, bir nəfər hərbçi ağır yaralanmışdı. Bakıda müalicə edə bilmirdilər, Türkiyəyə göndərilməliydi. Amma göndərmirdilər. İctimaiyyət ayağa qalxdı, mətbuat ayağa qalxdı, bundan xəbər tutan dövlət başçısı işə qarışdı və çürüməkdə olan həmin sumqayıtlı gənc Türkiyəyə göndəriləsi oldu. Amma heç Aeroporta çatdırıla bilmədi, öldü. Əgər hərbçilərimizi Bakıdakı Hərbi qospitalımız müalicə edə bilməyib Türkiyəyə göndərəcəksə , nəyə lazımdı? Mənə sərt cavab verə bilərlər. Təbii ki, həmin qospital yüzlərlə hərbçini ölümün pəncəsindən alır. Bəs, o gənci niyə ala bilmədi? Qospitalla bağlı ayrı bir yazımız olacaq.
Bir daha soruşuruq, Səhiyyə Nazirliyinin və ya naziri Oqtay Şirəliyevin vəzifəsini Möhtərəm Prezident və ya hörmətli 1-ci vitse prezident yerinə yetirəcəksə, hamımızın sevimlisi Yalçın Rzazadənin müalicəsi üçün Türkiyəyə göndərəcəksə, onda hörmətli Oqtay Şirəliyevin işinin adı nədi? Hansısa bir jurnalisti, xəstəxanalardakı rüşvətxorluğa etiraz əlaməti olaraq üsyan etdiyinə görə, məhkəməyə verməkmi? Özü də anasının ölümünün üçündə.
Görün hökumət Səhiyyə Nazirliyinə etibarını nə qədər itiribsə «Təbib» publik bir şirkət yaradıb və 2020-ci ilin yanvarın 1-dən xəstəxanalar Səhiyyə Nazirliyindən alınaraq «Təbib»ə veriləcək.
Bir «Azəravtonəqliyyat» deyilən nazirlik yaradılmışdı. Nəqliyyatla bağlı bütün nə varsa ona həvalə edilmişdi. Amma dəniz nəqliyyatı və hava nəqliyyatı ona tabe edilsə də, onlar bunu qəbul etmədilər, heç iclaslarına da getmədilər. Sonra gördülər ki, «Azəravtonəqliyyat» Nazirliyi bu işin öhdəsindən gələ bilmir, ona tabe olan təşkilatları bir-bir ayırıb müstəqil qurum halına gətirdilər. Və ən nəhayət, həmin nazirlik ləğv edildi.
Belə getsə yəqin ki, Səhiyyə Nazirliyi də ləğv olunacaq, onun tabeliyində olan qurumlar müstəqil təşkilat olacaq və Oqtay Şirəliyev daha səhiyyə nazirinin maaşını ala bilməyəcək.

Şərhlər
Bu yaxinlarda oglum xarici olkeye sefer edecek , viza verenn olke bezi vaksinlerin olunmasini teleb edirdi, bununla bagli men tibb muessiselerine muraciet edende dehshetli menzere ile garshilashdim, Azerbaycanda guduzluga garshi zerrab bele yox derecesindedir. AMma bu ishde Sehiyye nazirliyini gunahlandirmaq dogru deyil, Tarif surasi ele qiymetler goyub ki o qiymete caricden vaksinleri almag mumkun deyil, neticede ne dovlet qurumu ne ozel sirketler alib getire bilmirler.
Burdakı vəziyəti görüb Ankaraya xəstəxanaya aparmalı olub xəstəsini,ona görə belə səsküy salıb.Özlərinin başına bədbəxtlik gəlmiyincə camaatın necə bədbaxt olduğunu biləmməz bunlar.
Səhiyyəmizin də təhsilimiz kimi bərbad halda olduğu məşhuri-cahandı.Amma əgər Şirəliyev desə ki,siz deputatlar Xəzər sahillərində dağ kimi ucalan ,Məlikməmməd nağılındakı div qalalarına bənzər qanunsuz qalaları sökə bildinizmi ki,biz həkimlər,mühəndislər,sürücülər,müəllimlər də öz işimizə layiqincə yanaşaq?Onların sökülməsi qanununu siz icad etmədinizmi on illərlə qabaq?Amma əgər hələ də sökülməyibsə bu o demək deyilmi ki,sizlər də o astronomik maaşlarınızı boşuna alırsınız?Axı bu,göz önündəki faktdır.
Eger cesaretin varsa aqil abbas bunu milli meclisde dile getir status yazaraq yox.hardadi o urek sizde.publikaya oynamagi buraxin artiq cunki cemiyyet cox deyisib inkisaf eliyib sizden ferqli olaraq.ciddi islerle mesgul olun
Siz deputatlar Britaniya kimi dünyanın 5 qüdrətli nüvə ölkəsinin parlament sarayından onqat böyük,çıiçıraqlı Məclisdə Aya uçan astronavtlar qədər maaş alanda gərək deyəsiniz ki,başqa sahələrin adamları cəhənnəm,heç olmasa həkimlərin gülünc maaşına ağlayaq,çünki xəstələnən kimi təcili yardıma zəng vururuq,millət qırılmasın xəstəliklərdən.Nə deyib alırsınız o qədər maaşı?Alanda xəcalət çəkmirsiniz?Bəlkə işğal edilən torpaqları qaytarmısınız?Bəlkə planetlərarası yeni raket yanacağı ixtira etmisiniz?
Hər bir milləti xoşbəxt və ya bədbəxt edən yalnız və yalnız onun kadrlarıdır.Millət nə qədər proqressiv olur olsun,vəzifələrə kadrlar düzgün seçilməzsə,qohumbazlıq-yerlibazlıq prinsipiylə,"bizimkidir,ətimizi yesə də sümüyümüzü atmaz" düşüncəsiylə oturdularsa və o kreslolardan o yaramaz kadrları yalnız ölüm mələyinin ayırmağa gücü çatarsa,o millət cəhənnəmi bu dünyada yaşayar."Qız ər evinə gəlinliklə girər,kəfənlə çıxar" sözünü biz "vəzifəyə rüşvətlə girib kəfənlə çıxarlar" kimi başa düşmüşük.
Ə qaqa canı boş-boş şeylərdi fikir vermə.Ozünə bax xəstələnif zad eləmə yaziqsan yaman günə salarlar səni dəymişin dura-dura kalların tökülər qaqa canı yenə də dəyirəm boş şeylərdi fikir verməyin. Bu saytı da xətaya salmayın onsuzdaonun bının dərdini içtimaiyətə catdırdığı ücün Amaşovun təşkilatından xəbərdarlıq da alıb. O ki qaldı deputat və nazir razborkasına bundan nə fağır fuğura xeyri yox. Görəsən Əqilsiz Abbasın daha nə bir xahşini yerə salıblar ki beləcində coşub.Mən onu daha yaxından taniyiram axı.
Oqtay müəllimin özünə müalicə gərəkdir.Onun haqqında Cigərxanyandan başqa heç kim tərif demir.Cigərxanyan da Oqtay müəllimin qızı Naranın xətrinə onu tərifləyir.Allahın bizə rəhmi gəlsin!Qalmışıq erməni sevdalılarının və erməni uşaqlarının əlində.Nazirlərimizin bədəninin yarısı ermənidir,yarısı da ..Sonra da deyirik ki,qarabağı azad edəcəyik..
Tariyelə-İran mollalarının ilk işi xaricdə təbib hazırlamaq oldu, bizdə tibb inst-a ən yaxşılar qəbul olunur-ancaq orda xarab olub zay çıxırlar,məllimlərdə zaydırlar, maaşlarda gülüncdür-məhkəmə, prokuror, deputat 7-8 min alır qalan əhali 200-300 manatın ümidinə yaşayır.-bəli o tələbələr dövlət hesabına xaricdə kurs kiçib qayıtmalıdırlar, yoxsa təzyiqi ölçəndə tapılmayacaq
Hörmətli cənab Aqil Abbas Siz qəti narahat olmayın Oktay şorəliyev müəllim barədə.O yeni yaranan təbib deyiersən nə deyirsən oranı da mıxa keçirəcək,baxmayaraq ki,özü orada olmasa da nüsxəsi orada hökmən olacaq.Qaldı ki,maaş məsələsinə,maaş, güman edirəm ki,ona elə də lazım deyil.Yenə də deyirəm,bazis köklü dəyişməsə,üstqurumun dəyişdirilməsi,təzələnməsi müsbət nəticələr verməz...
AQİL MÜƏLLİM YAZDIQLARINIZLA XEYLİ FAKTLARI ORTAYA QOYMUSUNUZ.ANCAQ BİZİM MƏMURLARIMIZN BİR COXU ODDA YANMAZ SUDA BATMAZDIRLAR.SƏHHİYƏMİZİN ÖZÜ XƏSTƏDİR.XƏSTƏLƏRİMİZİN COXUSU MÜALİCƏ ÜCÜN XARİCƏ GEDİR.DƏRMANLARIMIZIN DA ƏKSƏRİYYƏTİ SAXTADIR VƏ XƏSTƏYƏ XEYRİ YOXDUR.CƏRRAHİYYƏ ƏMƏLİYYATINDAN SONRA ATAMA DƏRMAN LAZIM OLDUĞU ÜCÜN MƏCBUR OLUB HƏKİMİN MSLƏHƏTİ İLƏ XARİCDƏN GƏTİRDİK.
Bu Aqil Abbas heç deyesen öz yazdığından başqasını oxumur.Niye soruşmur ki, ay Şireliyev, o Ucarda tenderle 10 milyon manata hansı defterxana malı almısan?
Hörmətli Aqil Abbas ititham etməklə , pulsuz söz xərcləməyə nə var ki ?
Hesab edirəm ki , nəinki milli məclisdə hec iqtisadi analitik qurumlarda dahəqiqətin harada və nə olduqunu bilənlər yoxdur hami söz ğüləşdirir.
Rusiya kimi nəhənğ real amerikasayaqi dabl yu nöqtə kom kimi virtualiqtisadiyyati deyil , real varidati olan ölkə xəstəxana və poliklinikalarin xərcini ödəyə bilmir və bunu camaatdan ğizlətmək üçün " optimizirovali bolniçu" adli yalan mexanizminə start veriblər.
Bizlərdə də danlaq löhvəsi kimi , Oqtay Şirəliyev maaş alir yox , qəhrəmanliq edir və ona halaldir ki , danişmir və demir ki , ay camaat nağil danişmayin Sizin dediyiniz üçün ildə səhiyyəyə 30 milyard manat da olsa dəryada bir damladir.
Problemin kökü nədədir ? Dünyada dərman istehsal edən mafiy Birləşmişmillətlər təşkilati , Dünya Sağlamliq Liqasini çoxdan satin alib. Bundan başqa bizdən asili və hər ölkədən asili diğər asn həll olunan problemlər də var ki , xəsisliyimdən deməyəcəyəm.
daha sonra dünya hökümətlərini konsaltinq edən qapali tipli dünya düzənini sərğiləyən təşkilatlar və personalar var ki , ayri ayri ölkələrin liderlərinə laylay nəğmələrini xalqdan da tez yanliş informasiya vəğləcək haqqda yalançi məlumatlar ötürməklə adi çəkilən ölkələri kasibçiliqin və iflicolmanan qurşaqina yapişdirirlar özü də bilərəkdən.
Çixiş yolu varmidir ? Xeyir yoxdur !!!
vardir qişqiranlar naşilar sinifi haqda məlumatsiz adampuruslar hindistan kastasi dili ilə şüdralar və marqinallar azəricə başi olan başina çarəqilsin qismində torbanin dərinliyi haqda məlumatsizlardir.
Elmi praktik məntiq nəzəriyyəilə rak xəstəliyinətutuk=lan ailə üzvü ya özü özünə qəsd etməli ya da ailəözü onu yox etməlidir ki , bir autsayderəğörə 5 baş külfət yaziq Şirəliyevə arxayin olub məhv olmasin.
Hamınız bilirsiniz ki, Oqtay bütün səhiyyəyə o vurub yandırsa yenə də nazir qalacaq.Səhiyyəni kim bu hala salır, niyə belədir, yenə də hamınız yaxşıbilsə də.... Oqtaya heç heç lazımda deyil.Onu orda zorla otuzdurublar ki,iddiasız adamdır,.... nəsə fikirləşsin.Rus demiş "DAY RUBL İ SVOBODI" Yəni Oqtay ZORƏN (TƏBİB) NAZİRDİR.Çıxarılsa heç onun vejbilləyinə olmayacaq.Həmişəki kimi .......
Aqil müəllim,gözəl deyirsən,amma bizim həkimlər qınanılası deyil.Çox bilikli,təcrübəli həkimlərimiz var,amma hər sahədə olduğu kimi,onların da maaşı gördükləri işin müqabilində dilənçi payı qədərdir.A balam,həkim bədbəxt 7 il min əziyyətlə oxuyub sonunda 150-200 manat maaş alsın?Sovet sistemi maaşları az etməklə hamını levı işlərlə məşğul olmağa məcbur etmişdi ki,gözüqıpıq olsunlar,bir balaca kimə barmaq silkələyirdilərsə ona görə qorxusundan tir-tir əsirdi.Gözüqıpıq insanlar toplumu asan idarə edilir axı.
Sənə qurban olum Aqil Abbas nə yaxşı bu məsələni qaldırırsız.Yaşadığım Qax rayon xəstəxanasının demək olar adı var.Xəstə ölsə də onu rayondan çıxmağa qoymurlar,deyirlər ki adımız batır. Qaxda demək olar ki səhiyyə sistemi işləmir.Təbii doğuş üçün qadınlar Zakatalaya bir az imkanı olanlar Bakıya gedir. Kesr əməliyyatı etmirlər,yalandan deyirlər vəziyyəti ağırdır. Savadlı həkimi buraxmırlar öz çevrələrinə,ona görə ki savadlı həkim tələbkar olacaq bu da bunlara sərf eləmir.bir sözlə acınacaqlı durumdayıq
Hör.AQİL Müəllim səhiyyə sistmi hec vaxt indiki vəziyyətdə olmayıb.Ölsən də həkim xəstəyə pulsuz baxmır.Pulun aldıqdan sonra dərrmanı da xəstəyə pulla satırlar.Qışda qızdırıcı işləmir isti su verilmir ayrılmış vəsait oqurlanır bunların coxu quldurdur.KİM istəyir ğəlsin dövlət xəstəxanalarında bunu mən sübut edim.Bu azmış-pastel pulla,koyka pulla,otaq pulla verilir.ALLAH öünahkara qənim olsun və onların öz ailəsinin başına öətirsin AMMİN.Aqil müəl.xaiş edirəm bunu yoxlama tələb et nənim iştirakımla.Saq ol.
Hörmətli millət vəkili, göstərdiyiniz faktların səhihliyinə bir söz deyə bilməsəm də , amma onu dəqiq bilirəm ki , quduz it dişləyən xəstə heç vaxt harasa vaksin vurmağa apararkən yolda ölə bilməz!! Quduzluqda xəstə it dişləyəndən sonra siz deyən müddətdə ölmür.
P.S. Yəqin sizin savadlı həkim dostlarınız olmamış deyil.
Kaş ki, deputatlarımızın heç olmasa 50%-i və eləcə də digər ictimai xadimlərimiz cəmiyyətimizi narahat edən və demək olar ki, bu və ya digər sferalarda hər gün baş verən bu kimi hadisələrə bu cür reaksiya verəydilər. Bu həm xalqımıza, həm dövlətimizə, həm cəmiyyətimizə, həm də prezidentimizə böyük kömək və dəstək olardı. Yoxsa boş-boş yaltaq......
Cənab deputad muəllim,çox cəsarətli və aktual yazınızı oxuyanda fikirləşdim ki,necə ola bilər ki, Aqil muəllim bilmir ki, O.Şirəliyev kimdir..... Nə əcəb Aqil muəllimin səhiyyə nazirliyi qarşısında baş verən insidentlərdən,çəgır-bagır- fəryadlardan xəbəri yoxdur.Aqil muəllimin xarakterini bildiyimizdən,bu yazının məqsədli oldugunu və fursət duşmuşkən möhtərəmləri vəsf etməsinin əsas qayəsi olduğuNU duşunməyə əsalar var.
HA HA HA MALADES,URUS DEMIWKEN,,NALIVAY,,AYE.IRZA KIMI QOXUMUN BAWINA DAW DUWSUN.KIMESE YAXIN OLAN XESTEXANALAR ,,TEBIBIN ,,SIYASINADA YOXDUR,KIM BILMIR,,KAPITAL,,I OXUSUN.NI ISE,,BRAVO,,XASAY MALLIM
Azerbaycanda hekime 5min dollar maas versin gorun ne qeder problem kokunden cozulecek. Dovlet xeste ile hekim arasindaki meselelere qarismaq istemir ve qesden ve ya bilmeyerekden illerdi bu meselede ozunu kenarda tutmusdur. Tebiblede neyinse duzeleceyine inanmiram. secilmislerin ovladlarina deyil ATU-nu qazanan telebeler hamisina kurslar sekilinde ve ya rotassiya sekilinde Turkiye/Almaniya/Amerika universitetlerinde ve xestexanalarinda praktika imkani yaratsin ve artiq genclere qapi acsin o zaman duzeler
AQİL ABBAS, SİZ İNDİ DUYUQ GÜŞMÜSÜNÜZ? A KİŞİ BUNU KOLDAKI AYILAR DA BİLİR VƏ 40 OLDİR BAĞIRARAQ DEYİR. TAK ŞTO QƏHRƏMANLIQ ETDİNİZİ DÜŞÜNMƏYİN. CƏHƏNNƏMƏ DƏ ŞÜBHƏ ETMƏYİN.
olmek naziri
.... faliyeti prokurorluq terefinden arashdirib huquqi qiymet verilmelidir....
depudad utanmadan 7000 manatı qatlayıb cibinə qoyanda, hansıki əhalinin maaşı cəmi 250 manatdır--həkimdə tapılmayacaq, zərdabda olmayacaq, xəstəxanalarda xəstələri ....v.s niyə bu yazını yazıb adamları qıcıqlandırırsan, biz bilirik bunları---düşünmək çətindir eləmi--ona görə ittiham edirsən--yox beyinləri hərəkətə gətirib çıxış yolu göstərin
Şükür!!! Bizim kimi düşünən bir MİLLƏT VƏKİLİ!!! İnanilmaz qələbə!!!