Menu

Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı” (Yenilənib)

23.01.2025, 20:32
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı” (Yenilənib)

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.

Nazir Rüstəmov Qaynarinfo-ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını dedi: "Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur, keçinib. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəymə… Özümüz də şokdayıq”.

Nazir Rüstəmov 42 yaşı oğlunun 3 uşaq atası olduğunu vurğulayıb: "Gözümüzün qarşısında getdi”.

Qeyd edək ki, Əməkdar artist Nazir Rüstəmovaağır itki üz verib. Aktyorun oğlu Elxan Rüstəmov vəfat edib. 

***

Əməkdar artist Nazir Rüstəmova ağır itki üz verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, aktyorun oğlu Elxan Rüstəmov vəfat edib.

Gəncin hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol