"Son günlər bizə olan müraciətlərin əksər hissəsi pensiyalardakı artım faizi ilə bağlıdır. Belə ki, gələn aydan pensiyaların neçə faiz artırılacağı hələ də daha çox soruşulan məsələlərdəndir. Bunun əsas səbəbi isə gələn aydan pensiya sistemində iki istiqamətdə artımların olması ilə bağlıdır".
"AzPolitika" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, gələn aydan həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək:
"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq, minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Yəni 14.3 faiz artım minimum pensiyalara tətbiq olunacaq. Əgər vətəndaşımız 280 manat, minimum pensiya alırsa, gələn aydan həmin məbləğ 14.3 faiz artırılacaq. Fevral ayından etibarən ölkədə ən aşağı pensiya 320 manat olacaq".
V.Bayramovun sözlərinə görə, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqında Qanuna əsasən həyata keçirilir: "Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir.
İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq".
"Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü il dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırılır.
Ümumiləşdirsək: minimum pensiya alanlarda artım 14.3 faiz, digər məbləğ əmək pensiyası alanlarda indeksləşdirmə ilə artım 8 faiz olacaq. Gələn aydan minimum pensiya 320 manat olduğu üçün aşağı pensiya alanlarda bu meyar nəzərə alınacaq", - deyə deputat qeyd edib.

Şərhlər
Pensiya 8 faiz qalxır. Ondan əvvəl qiymətlər isə 200 faiz qalxır. İş yox pensiya da ki öləndə verilir kimlərəsə
Görəsən ölkədə baş verən 30-60 faiz bahalaşmalardan və elan olunan 8 faiz pensya artımlarınan Prezidentin xəbəri varmı?Axı belə fərq pensiyaçıların yaşamını.,müalicəsini dözülməz edir. Niyə bu biabırılıq davam edir?ondan əlavə pensiya təminatında atrıseçkiliyin səbəbi nədir?Bu ləğv olunmalıdır.35-40 il sənayedə,təhsildəvə digər sahələrdə çalışan.dövlətə vergi ödəyən şəxslərə 300-400 manat,polis,prokurorluq və bəzi dövlət sektorunda 10-15 il rüşvət,oğurluqla işləyənlərə isə bundan 5-6 dəfə artıq pensiya təyin edilir.Bu haqsızlığın qarşısı niyə alınmır?.
Hər ilin mediamız STMlə ən geci may ayından növbəti ilin fevral ayına qədər Əmək təqaüdləri və digər sosiallara saysız-hesabsız *yanıltmaca*lar yayırlar. Bəs, ötən il Orta Əmək Haqqı gözlənildiyi kimi 9% artdımı? Ədalətli hesabat 7,8+14,3=22,1:2=11,05% deyilmi?
Dqz deyitrsiniz Əgər 90 faiz pensiyaçılara kəsilən 300-400 manat pensiya şad xəbərdisə onda 2000-10000 hər ay maaş alan nazirliklərin, icra hakimiyətinin, hakimlərin,deputatların maaşların almasına nə ad qoyacaqsınız
2024 il ərzundə ərzaq,dərman,səhiyyə xidməti,nəqliyyat ,çox işlənən mallar dəfələrlə bahalaşaraq sonda toplam 25-250 faizə çatıb.Velə halda bu 8 faiz pensiya artımı ilə pensiyaçının yaşamına hansı tıhvə verirsiniz?Hakimiyyət bu vəziyyəti niyə anlamazdan gəlir?Axı bu 8 faiz artım heç bir halda yaşama təsir etməyəcək,əksinə daha da çıxılmaz vəziyyətə səbəb olacaqdır.
Qanunlları elə dildə yazırlar ki ,özləridə başa düşmür ,sonra il boyu izahat verməyə başlayırlar ,yenə də nə özləri nə də xalq başa düşür ,sadə dillə pensiya -8 faiz ,minimum pensia artımla 320 manat ,vəssalam
bu binəva deputatı neçə aydır eyni sözləri deməyə - çeynəməyə niyə vadar edirsiz. Əlinizdəki imkandan
istifadə edib bu rəqəmləri ora- bura dartmaqla guya xəbər oxutdurursuz , onsuz da 100-120 nəfərdən artıq oxuyan yoxdu . Bir bu , bir də "dupdatdan şillə kimi sözlər" başlıqlı yazılarınız.