Menu

Bakıda avtobus iki nəfəri vurdu

09.09.2014, 17:00
Bakıda avtobus iki nəfəri vurdu

Bakıda sərnişin avtobusu qəza törədib.

Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, bu gün saat 11 radələrində 133 saylı sərnişin avtobusu Binəqədi rayonu ərazisində, yol polisi şöbəsinin yaxınlığında iki nəfəri vurub. Yüngül xəsarət alan yaralılar xəstəxanaya aparılıb.

Avtobusun sahibi olan "Çinar Trans" MMC faktı təsdiqləyib. Əlavə edilib ki, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol