«Türkiyə dövlət dəmir yolu» (TDDY) şirkəti və «Uzbekiston temir yulları» SC əməkdaşlıq barədə saziş imzalayıblar. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada keçirilən Türkiyə-Özbəkistan Birgə iqtisadi komissiyasının iclasında xəbər verib.
Tədbirdə Özbəkistan hökuməti başçısının müavini Elyor Qəniyev iştirak edib. İclasda bir sıra mühüm razılaşmalar, o cümlədən, özbək sürücülər üçün vizasız rejimin tətbiqi və 2020-ci ildən onlar üçün tranzit sənədləri üçün rüsumun dəğvi barədə razılıq əldə olunub.
Bundan başqa, iki ölkə arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi istiqamətində 27 müxtəlif sahə üzrə, o cümlədən, ticarət, nəqliyyat, energetika, bank sektoru və milli valyutada hesablaşmalar sahələrində konkret addımlar nəzərdə tutulub.
Fuat Oktay qeyd edib ki, iki ölkənin münasibətlərinin strateji həmkarlıq səviyyəsinə qalxması, türk-özbək əməkdaşlıq Şurasının yüksək səviyyəsi Türkiyə və Özbakistan arasındakı tarixi tellərin daha da möhkəmlənməsinə kömək edəcək.
İclasın yekunlarına görə, Türkiyə-Özbəkistan Birgə iqtisadi komissiyasının protokolu imzalanıb.
AzPolitika.info


Şərhlər