İyulun 24-də Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
APA-nın yerli bürosunun xəbərinə görə, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyiti sudan çıxarılıb.
Qeyd edək ki, onlar Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində çimərkən boğulublar.
* * *
Neftçala rayonunda dənizdə boğulanların axtarışları davam edir.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Yeniqışlaq kəndi ərazisində, Aşağı Mil-Muğan kollektorunun Xəzər dənizinə qovuşduğu yerdə dənizdə batan 3 nəfər gəncin ötən gündən başlayaraq axtarışları hələlik bir nəticə verməyib.
Axtarışlara FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 2 qayığı və canlı qüvvəsi cəlb edilib.
İlkin məlumatlara görə, həmin gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsinin sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu çimmək üçün dənizə gediblər.
Onlar əvvəlcə sahildən, təxminən, 100 metr aralıda yerləşən adada nahar ediblər. Bundan sonra dənizdə çimərkən suda batıblar.


Şərhlər