Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyə ilə viza rejiminin aradan qaldırılmasını alqışladığını bildirib.
“AzPolitika”nın məlumatına görə, partiyanın mətbuat xidmətinə açıqlamasında BAXCP sədri bir sıra ölkələrlə də viza rejiminin ləğv ediləcəyinə ümid bəslədiyini deyib:
“Ümid edirəm ki, tezliklə öz ana yurdlarında yaşayan 30 milyondan çox soydaşımızın vətəndaşı olduğu İranla, yaşayış standartları bizdən çox üstün olan Avropa İttifaqı, ABŞ, Kanada, İsrail, Cənubi Koreya, Yaponiya və s. bu kimi ölkələrlə də viza rejimi aradan qaldırılacaq. Bu isə öz növbəsində ölkəmizin tanıdılmasına və turizmin inkişafına öz töhfəsini verəcək. Qoy, hər bir xarici ölkə vətəndaşı asanlıqla gəlib bizim çoxmədəniyyətli, dözümlü, müasir və dünyəvi bir ölkə olduğumuzu görsün. Bununla biz həm də ermənilərin “azərbaycanlılarla birlikdə yaşamaq mümkün deyil” kimi iddialarını alt-üst etmiş olarıq”.


Şərhlər
Qarabağ azad edilənə qədər vizasız və ya dəvətsiz Azərbaycan ərazisinə heç bir əcnəbi, xüsusilə işləməyə və yaşamağa buraxılmamalıdır!? Çoxillik biganə münasibətlər hərbi genosidə uğramış xalqın hüquqlarına ən azı saymamazlıqdır.