Menu

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

28.07.2019, 00:01
Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verib

Yaponiyanın Honsü adasının yaxınlığında 6,3 maqnitudalı zəlzələ baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Geoloji araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 375,8 km dərinlikdə, Sinqu şəhərindən 144 km cənub-şərqdə qeydə alınıb.

Dağıntılar və tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol