İyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ 29 təyyarəsinin qalıqlarının tapılıb-tapılmaması və pilotun taleyi ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 24-də bildirib ki, təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
İyulun 27-də müdafiə naziri Zakir Həsənov qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.
Nazirliyin mətbuat xidməti bildirir ki, Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib. Bununla yanaşı, mətbuat xidməti qəzanın ilkin səbəbləri ilə bağlı məlumat verməyib.
Yerli media qəzaya uğramış təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qohumlarına istinadən təyyarənin yerinin müəyyən edildiyini və onun sahilə çıxarılması üçün işlər aparıldığını yazıb.

Hərbi ekspert Üzeyir Cəfərov isə Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir. “MiQ-29 təyyarələri son 3 ildə Ukraynada hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən "tovariş"lərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətinə" salınıb. Gerisi məlumdur”, - ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebook səhifəsində yazıb.
Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin "qara qutusu" tapıldıqdan sonra tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.
"Təyyarənin "qara qutusu" tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra "qara qutular" Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib", - hərbi ekspert Amerikanın Səsinə bildirib.
Ekspert bildirir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Radio Elektron Mühafizə qoşunlarının iyulun 18-də Xəzər dənizində qəza baş vermiş ərazinin yaxınlığında başladığı hərbi təlimlər avqustun 7-dək davam edəcək.
Ekspertin şərhinə Rusiya və Azərbaycanın rəsmi qurumları hələ münasibət bildirməyib.
29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" döyüş təyyarəsi təlim uçuşu zamanı Bakıdan 60 kilometr şimalda qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.
2010-cu il martın 3-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU 25 tipli hərbi təyyarə Bakıdan 430 kilometr qərbdə Azərbaycanın Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot həlak olub.
2011-ci il fevralın 3-də SU 25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.

Şərhlər
Ardı.Yeganə güc saydığımız ABŞ-ı və onun müttəfiqləri artıq yeganə deyillər, artıq dünyada yeni güclər peyda olub, bunu görməmək sadalövlükdür, indi ABŞ-ın qulağı dibində ona meydan oxuyurlar, ABŞ indi Türkiyədə istədiyi kimi hərbi çevirişlər edə bilmir, bir sözlə dünya dəyişir, zamanında çevik olmasan, islam aləmindəki kimi ətəkdən yapışsan kor olarsan, Qarabağı qaytarmaq üçün çevik siyasətə qayıtmalıyıq, necəki ermənilər zamanında bu çeviklikdən məharətlə istifadə etmişdilər, sizin nifrətiniz işə yaranmır
Tarıx dərsi demək istəmirəm, istərdim hər birimiz həqiqəti söyləyək, SSR-nin dağıtmaq üçün əsas zərbəni Qafqazdan vurdular, (baxmayaraq ki hamı Pribaltikan gözləyirdi)Ruslar prasesin qarşısını almağa gücü çatmırdı, amma basdırdığı minalardan məharətlə istifadə etdi, yəni Qərb şərqi Avropanı parçalayanda, Ruslarda Qafqazı parçaladılar, məqsədləri yalnız NATO-nu gələcəkdə Qafqazda yerləşdirmək mümkün olmasın prinspi ilə o, vaxtlar hamımız Rf-nın dağılmasını gözləyirdik, tam əksinəsi oldu dahada möhkəmləndi.
Yazdığlarınız yenilik deyil, Nadir şahın apardığı sərt siyasətin nəticəsində, indiki cənubi Azərbaycan ərazisi artıq müstəqil xanlıqlara bölünməyə başladı, düzdür Qacarlar qarşısını almaq istədilər, çoxlu qanda tökdülər, amma artıq gec idi, Osmanlılarda bu xanlıqlara artıq əli çatmırdı, bundan istifadə edən Rus çarları hiylə ilə həmin xanlıqları özlərinə birləşdirdilər, Osmanlının çökməsində xususi xidməti olan erməniləri Surya, Türkiyə, İran ərazisindən İravana ruslar tərəfindən köçürtdülər. Ardı
Urus Türkiyəyə su -57 satmağa hazirlaşir.belə dövrdə urus öz istehsali olan təyyəarəni siradan cixararmi?Burada Amerikanin əli var.Türkiyəyə mesaj verilib.
Базара много, а понты как у фраера.Этот "эксперт" даже из Алмазного фонда умудрится дерьма принести...
Fikirlərini məntiqlə izah et, kimsəni təhqir etmə, yazdığlarınız rus cəsuslarıdırsa, sənin özün bir başa ingilis cəsususən, Qarabağdakı müharibənin kimlərin törətdiyi hamıya məlumdur, heç kim burda tərəf tutmur, hər kəs fikrini izah edir, ingilislərə, NATO-yə daxil ola bilmirik, güvən yerimiz Türkiyədə, Ruslarla hesablaşır, hərbi və iqtisadi sahələrdə, söylə çıxış yolunu göstər, nifrət asandır, nifrətlə milləti ağ günə çıxartmaq olmur, ey qarışığı olmayan qarışığ yaradan insan.
Məçitə təzə təyin olunan molla, hədis danışmağa başlayır:deyir İmam Hüseyn ata mindi, camaat başlayır ağlamağa, molla deyir, ay camaat niyə ağlayırsız bəlkə bu kişi atını suvarmağa aparır:İndi artıq bizi həmin cəmiyyətə qayıtmağa sanki kimsələr vadar edir.ABŞ ən yeni f35-i okyanın üstündə təlim zamanı qəzayə uğradı, Ruslarda, Çinlilərdə qonşularımız Türkiyədə, İrandada təlim zamanı belə hadisələr dəfələrlə baş verib, amma onların heç biri qonşuların adını çəkməyib fürsətdir deyə ingilis təbliğatı aparılır.
Hormetli hemvetenler. Unutmayin ki, hec bir agilli duwmen vaxtindan evvel luzumsuz yere oz gizli silahini belli etmez. Rusiya dovleti dunyada silah satan olkelerden biridir. Indi hansisa antirusiya meyilli bir ekspertin musahibesini oxuyan kimi derhal bele qerara geldiz ki ele bu teyyareleri ruslar siradan cixarib. Sizin mentiqinize quzu keserem - ele ona gore de tarix boyu agi qaradan ayira bilmediyimiz ucun bu gundeyik. Sizce rus isteyer ki, oz silah satiwina xelel getiren bu cur diversiyalara el atsin? Eger bele etse daha kim onlardan silah alar ki?
Niye duwunmursuz ki bu texribati rusiyanin duwmeni olan NATO heyata kecirib ki ruslarin silah alverine kolge salsinlar? Biraz derinden duwunun hemiwe, hec vaxt birinin dediyi soz ile netice cixarmayin. Geceniz xeyre qalsin.
Şehid olan pilotlarimiza Allah rehmet elesin..ailelerine sebr ve dayanma gücü versin...tez bir zamanda cesedlerini sudan çixardılmalarini temenni edirik...Allah NATOya da RUSlara da bu milletimize ettikleri zulumlerinden dolayı lenet elesin...devlet ve millet olaraq tarix boyu başa gelen musibet ve belalardan ders almaq lazimdır...Öz silahımiz olmalidir...istehsal milli olmalidir...maddi ve menevi tereqqi mütleq şerttir...
Üzeyr bəy hərbi ekspertdir, onun rəyinə çox hörmətlə yanaşıram və fikrimcə hər kəs öz bildiyi sahə üzrə danışsa daha doğru olar. Xəyal bəy yazırsınız ki “Sizce rus isteyer ki, oz silah satiwina xelel getiren bu cur diversiyalara el atsin? Eger bele etse daha kim onlardan silah alar ki?”. Sizin mentiqinize quzu keserem, məgər siz Rusiyanın öz doğma qardaşı Ukraynanın və Gürcütanın başına gətirdiyi oyunu görmürsünüzmü? Yəni demək istəyirəm ki Rusiyanın dünya siyasətində etdiyi hərəkətlər sizcə hansı məntiqə sığır? Əlbətdəki sizin yanaşmanız çox sadəlöv yanaşmadır “Eger bele etse daha kim onlardan silah alar ki?”. Əvəllər deyirdilər ki x-rdır yeməlisən, indi isə deyirlərki x-rdır özü də duzlusundan və yeməlisən. Azpolitika X.E. şərhimi tam verin.
AYE ,BATYANIN KEYFI KOKDU,LUKAWENKO CANI.VEZIYYETI URUSCA OLAN KIMI,VIZIF ATAJAQ
Xəyal və Üzeyirə yazanla tam razıyam.2008-ci ildən bəri qəzaya uğrayan dörd təyyarəni vurmaq görəsən Rusiyanın nəyinə gərəkdir.Mən də Uzeyir kimi bir fərziyə yürüdürəm ki,burada NATO-nun və ABŞ-ın əli var.Hərə nə düşünür onu yazır.Bir az məntiqlə düşünmək lazımdır.NATO və ABŞ gəlib oturub Gürcüstanda və İranın yaxınlığında.Məqsədi ara qarışdırmaqdır.
Hərbi ekspert Ü.Cəfərova və digər şərh yazanlara irad tutanlar Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvləridir.Rusiya ordusu Dağlıq Qarabağda indiyə kimi bizimlə açıq-aşkar döyüşür.ermənistan tərəfi silahlandırıb üzərimizə hücuma təhrik edir.İndi də deyirsiniz ki,bizə silah satır,guya bizə kəf gəlməz.Birincisi,Rusiya silah almağa bizi məcbur edir.Bizim hər-hansı bir münasibəti də vecinə almır.Casusların təbliğatına daha inanan qalmayıb.Ancaq qanı bulaşıq olanların qulağı Rusiyanın ağzındadır..
Ə bəs bir belə yazdın , bə Lukaşenko nə oldu?
Üzeyir bəyin dedikləri həqiqətdir.Hərbi texnika icad edən hər bir dövlət özlüyündə həmin texnikanın xüsusi cihazına elə mikrosxema yerləşdirir ki,həmin texnika lazım gəldikdə üzaq(hətta 1000-2000 km) məsafədən idarə olunaraq dərhal nasaz vəziyyətə salınır.Bu hərbi qanun vericilikdə daima öz əksini tapıb.Nəinki rusiya,hətta digər dövlətlər də belə edir.Təsəffürünüzə gətirin ki,müharibə başlayıb,Ölüm-dirim gedir.qələbə də Azərbaycan tərəfdədir.Bu anda (Allah eləməmiş)rus Azərbaycana satdığı hərbi texnikaların sıradan çıxması üçün düyməni basır.Və hər şey olur tərsinə.Allah eləməmiş.Ona görə də hörmətli MN bu barədə öncədən düşünməlidir.
Hörmətli Üzeyir bəy çox vacib məsələni qadırdığınız üçün Sizə təşəkkür edirəm.Bəs döyüşlər başlasa bizim halımız necə olcaq?Qarabağı alaraq Ermənistana verən Rusiyadan alınan silahların istifadəsi mümkün olacaqmı?Bizi hansı təhlükələr gözləyir və biz nə etməliyik?Ermənistanın müdafiə naziri hələ S.Əbiyevin vaxtında Ermənistan ictimayətini sakitləşdirərək deyirdi ki,narahat olmayın Rusiya Azərbaycana köhnə yararsız silahlar verir.Düşmən də olsa dediyindən dərs götürmək lazımdır.Düşmən ölkədən silah almazlar.
MƏNƏ FİKİR GÖNDƏRƏNƏ:İki yüz ildən artıqdır ki,Azərbaycanda hər cür bəlaları ermənistanla birləşib Rusiya törədir.Dağlıq Qarabağda müharibəni ingilislər yox,ruslar törədib və davam etdirirlər.(Jirinovski dəfələrlə bunu telekanallarda söyləyib).Bu gün də Azərbaycana qarşı fitnə-fəsadların başında Rusiya dayanır.ABŞ və İngiltərə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdir.Rus hərbiçiləri ilə ermənilər birlikdə DQ ərazisində on minlərlə Azərbaycan gəncinin qanını töküb.Daha nə istəyirsiniz?
RUSLARIN LAZIMSIZ TEXNIKASINA MILYARDLAR XERCLENIB,AY CAMAAT RUS HERBI SENAYESINI IDARE EDEN ERMENI ESELLILERDI,AYE LAVROV KIMDI,HIYYYKIM KARDAWYANIN QERDEWI,WAUMYANIN BAJISI OQLU.AYE MIQ BES MIKOYAN DIR ,AYE.KGBEWNIK PUTIN ELE BELE BIZIMKILERE ORDEN PAYLAMIRDI KI,AYE...SIELERINIDE ELE QABAQA VERIRLER KI,HA HA HA ESASWARA DU,FORMULA DU,FORUM DU,ARTUR DEMIWKEN DUZLU XIYARDU
P.-leytenant Ü.Cəfərovun şərhi doğrudur.Rusiyadan alınan,milyardlarla Azərbaycan pulunu gərəksiz hərbi texnikalar almaq adı ilə Rusiyaya verənlər ciddi düşünməlidirlər.Azərbaycanın əleyhinə istifadə etmək üçün Dağıstanın Kaspiysk şəhərində yaradılan,əsas komandir heyəti ermənilərdən formalaşdırılan,bunun üçün Xəzərin statusunu "dəniz" kimi müəyyənləşdirən(elmarçılar protokola birinci imza atıb) Rusiya gecə-gündüz Xəzərdə təlimlər keçirir.S-400-lər alan Sayın Ərdoğan da,güman ki belə problemlə rastlaşacaq.
Oxşar problem, T-90 tanklarından hücumda istifadə edilərkən də yaşanacaq...
Ruslar istenilen vaxt oz isteh. etdikleri herbi texnikani siradan cixarmaga qadirdiler ve elece de basqa olkelere tez. vasitesi kimi istifade edib onlari qorxudurlar ona gore rusdan hec bir herbi texnika almaq lazim deyil!Qarabagda irimiq. muharibe baslasa men SUBHE ediremki ruslardan alinan silahlar islesin! Ruslarin siyaseti kimi dunyada ikinci ..tryapka.. bir siyaset yoxdur!Oz dedik. diqte etmek ucun ..nesil-necebatlarini.. qurban vererler! qara qutunu mutleq ISRAILE gondermek lazimdir teyyare tapilarsa!
Indi ozun.fikirlesin ruslardan herbi texn. almaq duzgundur ya yox? Adam dehsete gelirki nece mln deyerinde qiymeti olan MIQ-29 yoxa cixir ve MN neinki sebebi mueyyen ede bilmir hetta dusduyu yeri bele tapa bilmirler!SEBEB? Mence herbi ekspert Uzeyir Ceferlinin fikirlerini diqqete almaq lazimdir ruslar mutemadi olaraq bize qarsi bele texribatlar toredibler ve yenede toredecekler cunki biz hec neyi onlara isbat ede bilmirik!Hele boyuk sual altindadirki digalarla muharibe olarsa rus raketleri isleyecekmI?????
Bu aviasiya qəzə hadisəsi birdə subut edir ki, Azərbaycan Ordusunun döyüş aviasiyasinda axtarış-xilasetmə xidməti sıfır səviyyəsindədədir, bəlkədə yoxdur. Gülünc deyilmi 21 əsirdə təyyarə qəza xəbərvermə sistemi ilə dəstləşdirilməsin (qəzadan sonra xususi siqnal vasitəsi işə düşməli və təyyarənin yerini dəqiq bildirməli idi).Hələ kor-korağına axtarış aparılır. Sovet vaxtı döyüş aviasiyasına xəzərin üstündə aşağı uçuş həddi 300 metr təyin edilmişdir. İndi isə baxan kimdir.