Menu

NASA 30 ildə İslandiyanın böyük buzlağının necə əridiyini göstərib - FOTO

14.08.2019, 09:57
NASA 30 ildə İslandiyanın böyük buzlağının necə əridiyini göstərib - FOTO

NASA yüksək temperaturun İslandiyanın böyük buzlağını necə əritdiyini özündə əks etdirən foto yayımlayıb.

“Report” “Mirror” nəşrinə istinadən xəbər verir ki, son 30 ildə Okdjokul buzlağı tamamilə yox olub. 2014-cü ildə isə buzlaq ölü elan edilib.

Qeyd olunub ki, əvvəllər buzlağın sahəsi təxminən 38 kv.km olub. Ancaq 1978-ci ildə buzlaq sahəsi yalnız 3 kv.km ərazini əhatə edib.

Mütəxəssislərin fikrincə, Okdjokul buzlağı XX-ci əsrin sonlarında əriyərək yox olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol