Menu

“Anam rus idi, atam – vəkil” - Jirinovski yəhudi olduğunu danır

12.09.2014, 18:37
“Anam rus idi, atam – vəkil” - Jirinovski yəhudi olduğunu danır

Avropa sanksiyalarında Jirinovski ilə bağlı "Eidelshtein" səhvi

Avropa Birliyinin yeni sankiya siyahısına salınan ultramillətçi Vladimir Jirinovskİ ilə bağlı səhv gedib.

Dərc olunmuş sanksiyalarda yazılıb ki, o, 1964-cü ildə Qazaxıstanın Eidelshtein şəhərində anadan olub. Halbuki Jirinovski 1946-cı ildə Alma-atada anadan olub.

Bu barədə məlumat verən Almaniyanın DPA agentliyi yazır ki, “Eidelshtein” təsadüfi çıxmayıb.

Eidelshetein Jirinovski-nin atasının soyadıdır.

Jirinovskinin həqiqi soyadını 1990-cı illərdə amerikalı jurnalist Nick Moore üzə çıxaranda bu, əsil sensasiya oldu. Moore Jirinovskinin doğum şəhadətnaməsini tapdı və məlum oldu ki, Jirinovskinin əsil adı Vladimir Volfovich Eidelshteindir.

Yəhudilərin Rusiyanı dağıtdığını deyən Jirinovskinin öz atası Volf İsaakovich Eidelshtein polyak yəhudisidir və indiki Qərbi Ukraynadandır.

Jirinovski atasının yəhudi olmasını uzun illər danıb. Bir dəfə onu “divara dirəyəndə” deyib ki, “anam rus idi, atam – vəkil”.

2006-cı ildə o, atasının İsraildəki məzarını ziyarətr etdiyini dedi, ancaq yenə də bildirdi ki, atasının həyatı haqda heç nə bilmir.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol