Menu

Təmas qrupu yenə görüşəcək

13.09.2014, 10:52
Təmas qrupu yenə görüşəcək

Ukraynanın sabiq prezidenti Leonid Kuçma belə deyib

Gələn həftə Ukrayna üzrə təmas qrupunun növbəti görüşü baş tutacaq.

ANS-in məlumatına görə, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.

“Təmas qrupunun növbəti görüşünün Minskdə keçirilməsi planlaşdırılıb”- deyə “Yalta Avropa strategiyası” sammitində iştirak edən Kuçma bildirib.

Qeyd edək ki, sentyabrın 5-də təmas qrupu Ukraynada sülhün əldə edilməsi ilə istiqamətində protokol imzalamaq üçün Minskdə toplaşıb. Protokolun müddəalarına Ukraynanın cənub-şərqində düşmənçiliyə xitam verilməsi, əsirlərin dəyişdirilməsi və humanitar yardımın göstərilməsi daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol