Menu

İki rayonun qaz təchizatı dayandırılıb

28.08.2019, 12:59
İki rayonun qaz təchizatı dayandırılıb

Bu gün Xaçmaz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz kəmərlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və sazlama işlərinin aparılması məqsədi ilə bu gün saat 09:00-dan etibarən Xaçmaz rayonunun , həmçinin, saat 10:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol