Menu

“Keşlə” Küveyt klubu ilə heç-heçə oynayıb

28.08.2019, 22:14
“Keşlə” Küveyt klubu ilə heç-heçə oynayıb

Bakının “Keşlə” klubu yoldaşlıq görüşü keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Küveytin "Al-Fahaheel" klubu ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionun köməkçi meydançasında baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb. “Keşlə”nin qollarına Aleksandr Kristovao və Patrik Fraydey imza atıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol