Menu

Bakıda yük maşını qadını vuraraq öldürüb

29.08.2019, 10:42
Bakıda yük maşını qadını vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumata görə, avqustun 28-i Sabunçu rayonu Maştağa qəsəbəsində yük maşını 1949-cu il təvəllüdlü Bədəlova Tahirə Əsgər qızını vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol