Menu

Bakıda tramvayların bərpası məsələsi nəzərdən keçirilir

30.08.2019, 13:11
Bakıda tramvayların bərpası məsələsi nəzərdən keçirilir

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir.

Bunu "APA-Economics"ə Komitə sədrinin müşaviri Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, tramvay nəqliyyatının nə zaman bərpa olunacağı barədə nə isə demək hələ tezdir.

"Təbii ki, bu məsələ baxılmaqdadır. Şəhərdə mobilliliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi qiymətləndirilir", - deyə R. Mahmud qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol