İsrail ordusu Suriya və Livana təşkil etdiyi hücumlardan sonra öz təhlükəsizliyini qorumaq üçün tədbir görməyə başlayıb.Axar.az xəbər verir ki, bu barədə məlumatı "Maariv" qəzeti yayıb.
Məlumata görə, ölkənin şimalındakı limanların əksəriyyəti bağlanıb. Həmçinin bildirilib ki, Hizbullahın hücum təşkil etməsi barədə ehtimallara qarşı ordu qabaqlayıcı ciddi tədbirlər görür, əsas yollar bağlanılıb və əlaqəni asanlaşdırmaq üçün alternativ yollar açılıb.
İsrailin "Kanal 13" televiziyasında Suriya və Livan sərhədlərinə yaxın olan "Kiryat Şmona" hava limanının ordudan gələn əmrlə bağlandığını bildirib.
Şimal sərhədinin demək olar ki, tamamilə qapadıldığı və dəniz qüvvələrinin həyəcan vəziyyətinə keçirildiyi, topların oraya aparıldığı qeyd edilib.


Şərhlər