Menu

Gürcüstanın yeni baş naziri məlum olub - Yenilənib

03.09.2019, 09:49
Gürcüstanın yeni baş naziri məlum olub - Yenilənib

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

***

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edir.

İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunur.

Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol