Menu

CHP-çi millət vəkili Davudoğlunun yanına keçdi

05.09.2019, 09:38
CHP-çi millət vəkili Davudoğlunun yanına keçdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu CHP millət vəkili İhsan Özkəsi yeni quracağı partiyaya dəvət edib. Bu barədə Özkəs özü məlumat verib.

O, Davudoğlunun onunla əlaqə saxlayaraq, yeni heyətə dəvət etdiyini və keçirilən görüşdə də iştirak etdiyini bəyan edib: "Keçmiş baş nazirin dəvəti ilə keçirilən görüşdə iştirak etdim. Davudoğlu seviləcək bir şəxsdir. Özü mövcud sistemdən narahat olduğunu etiraf edib. Bu səbəbdən onun yanında yer aldım".

Qeyd edək ki, müxtəlif partiyalarda təmsil olunan şəxslərin Davudoğlunun ətrafına toplanılması bu partiyanın "üst ağıl" tərəfindən qurulduğu ehtimalını yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol