“Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında fikirlər səsləndirilməsi təbiidir”.
Bu barədə Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədovun aktiv siyasətə qayıtması haqqında sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu danışıb.
O qeyd edib ki, E.Məmmədov təcrübəli siyasətçidir, hərəkatdan gəlib:
“O, siyasi oyunlarda, intriqalarda iştirak etməyib. Ona görə, xalqın belə tələblə çıxış etməsi normaldır.
Amma siyasətə qayıdıb-qayıtmaması ilə bağlı Etibar Məmmədovun özünün mətbuatda açıqlaması olmayıb. Bu, cəmiyyətin istəyidir, sosial şəbəkələrdə yazılması normaldır. Həqiqətən, belə fikir çoxdan dolaşır, müraciət edənlər olur, müəyyən təkliflər də var. Amma cəmiyyətin bu çağırışına necə reaksiya verəcəyi Etibar Məmmədovun şəxsi açıqlamasından sonra məlum olacaqdır”.


Şərhlər
Vaxtilə çox ciddi səslənən bu siyasətçinin hər sahə üzrə mövqeyini eşitmədən belə vəzir-vəkil kimi meydan açırıq. Xalq kütləsi 1988ci ildən Qarabağın Azadlığı naminə AXCnə toplandı. Nə fayda ki, özəyin məram və proqramını sormadan? AMİP və E.Məmmədov da hələki müstəqillik təminatına heç bir bəyanat verməyiblər? Öz hüquqi müqəddəratımızı ATƏTə, BMTyə, Qərbə, Şərqə, Kremlə pas ediblər və beləcə 30 ildir DQMV-Artsaxın hərbi əsarətində "yaşayırıq"?
mən deyirəm--cəhənnəm deyə bir şey yoxdur-bütün şəatinlər burada yəğışır,bir etibar çatmırdı
....bir etibar çatmırdı
XALQIN ADINDAN DANIŞMA.EHTİBAR HAQQINDA YAXŞI SÖZ DEYƏN ADAMA RAST GƏLMƏMİŞƏM.
Qoyun rahat oturaq.Xalq elə İlham Əliyevin rəhbərliyi altında yaşamaq istəyir.Yeni gələn,guya nəyəsə qadir olacaq?Gəlin,ölkəni gərəksiz ideyalar ilə çalxalamayaq.Siyasi partiyalara,başda YAP olmaqla son vermək lazımdır!Xalqı zalımcasına soyub-talayan YAP-çılardan xalq bezikib.Hakimiyyəti partiyasızlaşdırmaqla ərazilərimizin azad edilməsinə də tez nail olarıq.
Eytivar siyasi oyunlarda və intriqalara iştirak etməyib? Azərbaycan siyasətində bu işlərin qurucusu və ilk icraedicisi bəs kim olub? 26 il ötsə də, həmən tarixi yaşayanlar var hələ. Tələsməyin, müəllimlər.
xalqa ... siyasətçi lazım deyil.
Yalandır.bunu heç kim tələb etmir.Bu iqtidarla Etibarın vaxtı ilə separat sövdələşməsinə uygun olaraq yeni situasiyaya uygun qurulmuş oyundur.Etibar gözəl, rahat, vəhəyat həyat və həmçinində yeri gələrsə iqtidara dəstək müqabilində hakimiyyətə satıldı.Ona baxı bir çoxları da satıldı.Və əgər iqtidar hakimiyyəti təhvil vermək zorunda qalsa müxalifət adı ilə Etibara verilməsinə çalışacaq.Razılaşma belədir.İndi iqtidar Etibarı hər ehtimala qarşıgündəmdə saxlamq üçün indiki yerindən bir addım irəli çıxarır.
Kim istəyir onu? Hç kim istəmir onu. Nə onu nə də bunu. Onları. Harada idi indiyəcən?