Menu

"İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik" - Tural Gəncəliyev

25.09.2019, 16:54
"İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik" - Tural Gəncəliyev

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev sentyabrın 18-də Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində hazırlanmış videoçarxın nümayiş olunmasından sonra ermənilər tərəfindən təhdidlərə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Tural Gəncəliyev “Qarabağın Harayı” adlı ədəbi-bədii tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, icma tərəfindən hazırlanan həmin videoçarx erməniləri qıcıqlandırıb: “Onlar mənə təhdid dolu şərhlər yazırlar. Hər gün İrəvanın havadarlıq elədiyi qüvvələrin təhdidləri ilə üzləşirik. Amma biz informasiya müharibəsində var gücümüzlə çalışırıq. Bu işləri Qarabağda qələbə ilə yekunlaşdıracağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol