Milli Məclisin deputatı Aqil Abbas polisə əlavə səlahiyyət verilməsi təklifini irəli sürüb.
“Report”un xəbərinə görə, o, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərək deyib ki, ölkədə tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qadağandır
“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var ya yox... Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar hallar baş verir... Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”, A.Abbas bildirib.


Şərhlər
Kino yadıma düşdü vallah."Sehrli xalat"da baş vəzir deyir ki,həşəmətli xan,səltənəti qorumaq üşün,biz vəfalı vəzir-vəkillər yetim qalmayaq deyə,əmr elə,kim saraya yaxınlaşsa dərhal boynu vurulsun.Xan da görür ağıllı fikirdi,fərman verir.Amma nəinki saraya yaxınlaşanı,hətta sarayın yanından keçəni də tutub gətirirlər ki,cəza versinlər.Qoca and-aman edir ki,a kişilər,mən saraya yaxınlaşmamışam,40 ildir sarayın yanından keçib işə gedirəm.Deyirlər kəs,yaxınlaşmaq və yanından keçmək eyni şeydi.Fərraş,kəs başını.