Menu

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

02.10.2019, 09:07
Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Oktyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,28% – 26 573,04 bəndədək, S&P 500 1,23% – 2 940,25 bəndədək, Nasdaq isə 1,13% – 7 908,68 bəndədək enib.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında oktyabrın 1-də FTSE 100 indeksi 0,65% – 7 360,32 bəndədək, Almaniya DAX-ı 1,32% – 12 263,83 bəndədək, Fransa CAC-40 isə 1,41% – 5 597,63 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,82% artaraq 1 492,2 dollara bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol