Menu

“Qarabağ” "Düdelanj"a böyük hesabla qalib gəlib - YENİLƏNİB

04.10.2019, 01:18
“Qarabağ” "Düdelanj"a böyük hesabla qalib gəlib - YENİLƏNİB

“Qarabağ” "Düdelanj"a böyük hesabla qalib gəlib

"Report" xəbər verir ki, Ağdam təmsilçisi meydan sahiblərini 4:1 hesabı ilə yenib.

***

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən oyunda 4-cü qolunu rəqib qapısından keçirib.

"Report" xəbər verir ki, Dani Kintana qarşılaşmanın 69-cu dəqiqəsində Ağdam təmsilçisinin növbəti qolunu rəqib qapısından keçirib - 4:0.

Qeyd edək ki, qarşılaşmanın birinci hissəsində "Qarabağ"ın heyətində Abdulla Zubir (11), Miçel (30) və Riçard Almeyda (37) fərqləniblər.

***

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı 3:0-a çatdırıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi növbəti qolunu vurub.

***

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində növbəti oyuna çıxan “Qarabağ” “Düdelanj”la oyunda hesabı 2:0-a çatdırıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Miçel Ağdam təmsilçisinin növbəti qolunu vurub.

***

“Qarabağ” “Düdelanj”la oyunda hesabı açıb.

"Report" xəbər verir ki, Abdullah Zubir qarşılaşmanın 11-ci dəqiqəsində Ağdas təmsilçisini hesabda önə çıxarıb - "Düdelanj" -"Qarabağ" 0:1.

Şərhlər

alqış 2019-10-04 01:18:45

Yaşşşşşşşa Qurban Qurbanov!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol