Menu

Orduxanın stadiondakı hərəkətinə görə "Qarabağ" da cəzalandırıla bilər - VİDEO

04.10.2019, 20:48
Orduxanın stadiondakı hərəkətinə görə "Qarabağ" da cəzalandırıla bilər - VİDEO

Xəbər verdiyimiz kimi, Lüksemburqda baş tutan "Qarabağ" - "Düdelanj" matçında təxribat olub. Azxəbər.com-un əldə etdiyi məlumata görə, qondarma respublikanın bayrağı dronla qaldırılan zaman meydana girmək istəyən azarkeşlərə görə "Qarabağ" da cəzalandırıla bilər.

Belə ki, Avropada yaşayan siyasi mühacir Orduxan Teymurxan oyun dayandığı zaman meydana girməyə cəhd edib. Onu polislərlə "Qarabağ"ın futbolçuları Riçard Almeyda və Mahir Əmrəli saxlayıb.

O bu  zaman polisi təhqir edib. Orduxanın bu hərəkəti oyununun protokolunda qeyd edilib. Bu səbəbdən də UEFA-nın "Düdelanj"la bərabər "Qarabağ"a da cəza kəsəcəyi gözlənilir.

Populist çıxışları ilə gündəmə gəlmək istəyən Orduxan bu hərəkəti ilə "Qarabağ"a maddi ziyan vura bilər.

Şərhlər

Əli 2019-10-04 20:48:57

O Azərbaycan vətəndaşı deyil Avropa özü bilər ki Avropalı nə edir Qarabağ neynəməlidir ki əgər Avropalı öz qanunlarına riayət etmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol