Menu

9 yaşlı qızın qətli Dumanı hərəkətə keçirdi - Ölüm hökmünün bərpasına dair sorğu keçirilir

11.10.2019, 20:15
9 yaşlı qızın qətli Dumanı hərəkətə keçirdi  - Ölüm hökmünün bərpasına dair sorğu keçirilir

Saratov şəhərində 9 yaşlı qızın boğularaq öldürülməsi Rusiyada ölüm hökmünün bərpası ilə bağlı müzakirələrə yol açıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Dövlət Duması öz rəsmi sosial şəbəkə səhifəsi vasitəsilə ölkə əhalisinə müraciət edərək, ölüm hökmünün bərpası ilə bağlı sorğu elanı verib. Əhalidən xahiş edilir ki, sorğuda qoyulmuş suallara münasibət bildirilsin.

Dumanın belə bir təşəbbüslə çıxış etməsində son zamanlar törədilən ağır cinayətlərlə bağlı əhalinin etirazlarının çoxalmasıdır.

Qeyd edək ki, oktyabrın 9-da Saratov şəhərində azyaşlı qıza hücum edərək, əvvəlcə əllərilə, sonra isə kəndirlə onu boğaraq qətlə yetirən şəxs həbs olunub. Bu hadisə ilə bağlı şəhər əhalisi etiraz aksiyası keçirib və cinayətkarı polisin əlindən alaraq, cəzalandırmaq istəyib. Bu zaman qarşıdurma baş verdiyi və şəhərə əlavə polis qüvvələri göndərildiyi bildirilir.

Xəbər verilir ki, 9 yaşlı qızı heç bir ciddi səbəb olmadan, özünün dediyinə görə, sadəcə ona kobud cavab qaytardığı üçün qətlə yetirən Mixail Tuvarinin əvvələr də zorlama və oğurluq maddələrilə məhkum olunduğu üzə çıxıb. Saratovda yerli əhali cinayətkarın edamını tələb etsə də, Rusiya qanunvericiliyi buna imkan vermir. Hadisə ölkə üzrə böyük əks-sədaya səbəb olduğundan Rusiya parlamentində ölüm hökmünün bərpası ilə bağlı müzakirələr açamaq qərarına gəliblər. Artıq Kommunist Partiyası və digər müxalif sayılan partiyalarla yanaşı, hakim “Vahid Rusiya” Partiyasının Dumadakı təmsilçiləri də qanunda dəyişiklik edilməsini və bu tip cinayətlər törədənlərin ölümlə cəzalandırılmasının tərəfdarı olduqlarını bəyan ediblər.

“AzPolitika”

Şərhlər

Edalwt 2019-10-11 20:15:29

Uwagi olduren insani mehkemesiz gullelemek lazimdi.

t.ədalət 2019-10-11 20:15:29

Ölüm hökmü,həm də milli sərvəti talan edənlərə tətbiq olunmalıdılr.

AAgahuseyn 2019-10-11 20:15:29

AZƏRBAYCANDA ölüm hökümü hökmən bərpa edilməlidir.Bu höküm-2 və daha artıq adam öldürənlərə,Dövlət əmlakını-büccə vəsaitini mənimsəyənlərə,Qadınlara və uşaqlara qarşı zorlamada iştirak edənlərə,Vətəndaşlara qarşı dələduzliq küllü niq-a edildikdə və diöər aqır cinayətlərə tətbiq edilməlidir.O zaman korrupsianer-dələduz-oqru-dövlət və ictimayi vəsaiti oqrularını ğündüz lampa işıqına axtarsaqda tapılmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol