Menu

Ağstafada mikroavtobus aşıb - Yaralılar var

12.10.2019, 21:12
Ağstafada mikroavtobus aşıb - Yaralılar var

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.

Belə ki, sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb. İlkin məlumata görə, hadisə zamanı 10-a yaxın şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa rayonunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mikroavtobusun aşması nəticəsində Quliyeva Pərvanə (1986-cı il təvəllüdlü), Nəsibov Vüsal(1987-ci il), Babayeva Gülluf (1956-cı il), Oruclu Zöhrə (1999-cu il), Cəlilova Zülfüyə (2003-cü il), Orucova Tamilə (1986-cı il), Kərimli Rəşid (2012-ci il), Muğalova Gülnarə (1984-cü il) və Göycəliyev Pərvin (1992-i il) xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan 2-nin xəsarəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol