Xəbər verdiyimiz kimi ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ evin qərb korpusunda təxliyyə qərarı verilmişdi.
ANS-in məlumatına görə, təxliyyə iqamətgahının sahəsinə bir nəfər naməlum şəxsin çəpərdən atlanaraq keçməsi və binaya daxil olmaq istəməsi ilə əlaqədar idi.
Hazırda insidentin qarşısı alınıb və asayiş tam olaraq bərpa olunub. Belə ki, binaya daxil olmaq istəyən şəxsin qarşısına silahlı mühafizə xidməti çıxıb və onu yaxalayıblar. Bir saat ərzində təxliyyə barədə verilən həyəcan təbili dayandırılıb və insanlara işlərinin başına dönmək icazəsi verilib- deyə Frans Press öz mənbəsinə əsasən bildirir.
Qeyd edək ki, ABŞ liderinin özü həmin vaxt binada olmayıb. Hadisədən az əvvəl o özünün şəhərkənarı rezidensiyası olan Kemp-Devidə getmişdi. Hazırda baş verən insidentlə bağlı rəsmi heç bir məlumat verilməyib.
Xatırladaq ki ki, bu ilin iyul ayında da hasarın yaxınlığında şübhəli paketin tapılması nəticəsində rəsmi iqamətgahının sakinləri təxliyyə olunmuşdu.
* * *
Vaşinqtonda ABŞ prezidentinin iqamətgahından insanlar təxliyyə olunur.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Barak Obama hazırda şəhərkənarı Kemp Devid iqamətgahındadır.
Hadisə barədə rəsmi məlumat yoxdur. İlkin ehtimala görə, naməlum şəxs hasardan aşaraq Ağ Evin ərazisinə keçib.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Ağ Evin hasarının yaxınlığında tapılan şübhəli paketə görə ərazi mühasirəyə alınmışdı.


Şərhlər