İraq hakimiyyəti etirazçıları dinləməlidir.Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
O, eyni zamanda kütləvi etirazlardan sonra hakimiyyəti internetə və kütləvi informasiya vasitələrinə çıxışa qoyulan qadağanı ləğv etməyə çağırıb.
Qeyd edək ki, İraqda günlərdir korrupsiyaya və işsizliyə qarşı davam edən mitinqlərdən sonra Baş nazir Adil Əbdülmehdi istefa verməyi qəbul edib.


Şərhlər
Bəs Azərbaycanda aksiyaçıları dinləyən var?Əksinə onları dəyənəkləyib aparıb bir daha döydükdən sonra sərbəst buraxırlar.ADam 10-15 gün xəstə yatır.Buna demokratiya deyillər?