Menu

Kişinyovda azərbaycanlıların piştaxta davası qanla bitdi

03.11.2019, 10:01
Kişinyovda azərbaycanlıların piştaxta davası qanla bitdi

Moldovanın paytaxtı Kişinyov şəhərinin Mərkəzi bazarında bıçaqlanma ilə nəticələnən davada 47 yaşlı kişi xəsarət alıb.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, davaya çevrilən qalmaqal saat 10-da başlayıb. İki azərbaycanlı satıcı piştaxtanı bölüşə bilmədikləri üçün onlardan biri digərinə mətbəx bıçağı ilə hücum edib. 47 yaşlı kişi bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin sözlərinə görə, əməliyyat olunan kişinin vəziyyəti orta-ağırdır.

Ona xəsarət yetirən 30 yaşlı digər kişi artıq sorğu-sual edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol