Menu

Xəzərdə dalğaların hündürlüyü 4 metrə enib

03.11.2019, 12:40
Xəzərdə dalğaların hündürlüyü 4 metrə enib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fatiki hava barədə məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s- dək mülayimləşib.

Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.

Noyabrın 4-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol