“Partiyada idarəetmədə kollektiv qərar vermək son 6 ayda daha da zəifləyib. İlqar Məmmədov bizim qurduğumuz yerli təşkilatları dağıdıb, məhv etmək istəyir. O, İdarə Heyətinin son iclasında dəyişiklik və islahat etmək lazım olduğunu dedi. İlqar Məmmədovun təklifləri ReAl-ı Kommunist Partiyasına çevirəcək, təkhakimiyyətlilik yaradacaq. Hətta 90-cı illərdə yaranmış partiyalarda belə biabırçı vəziyyət yoxdur. İlqar Məmmədovun təklif etdiyi əcaib və avtoritar bir strukturdur".
APA-nın məlumatına görə, bu sözləri ReAL-ın sabiq Məclis sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, İlqar Məmmədov həbsdən çıxdıqdan sonra yerli təşkilatlar onun tabeliyində olub: “İlqar Məmmədov bir il sonra dedi ki, yerli təşkilatlar çox zəifdir. Mən bunu qəbul etmirəm. Zəifdir deməsini doğru saymıram. Bir il ərzində güclü etmək imkanı var idi. Lakin İlqar Məmmədov bunu etmədi”.


Şərhlər
İlqar Məmmədovun partiyasının üzünü ağ edən,partiyaya hörmət qazandıranlardan biri də Azər Qasımlı idi. Belə dəyərli cavan siyasətçini itirmək İlqar Məmmədovu ictimaiyyətin gözündən salır.Eyni ilə İsa Qəmbərin yolunu gedir.