Menu

“Unibank”ın sədr müavini "PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə təyinat alıb

06.11.2019, 14:58
“Unibank”ın sədr müavini "PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə təyinat alıb

"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.

Bu barədə "Report"a o, özü məlumat verib.

Bankirin sözlərinə görə, o, noyabrın 1-dən "PAŞA Bank Gürcüstan"ın İH-nin üzvü kimi fəaliyyət göstərir: “Unibank”da 3 illik strateji dövr var idi və bu dövrdə müəyyən edilmiş hədəflərin hamısı yüksək səviyyədə icra olundu. Hazırda “Unibank” mənfəət göstəricisinə görə, ilk 5-likdədir. Bunu nəzərə alaraq "Unibank"dan ayrıldım və bundan sonra "PAŞA Bank Gürcüstan"da fəaliyyət göstərəcəyəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol