Menu

Amsterdam aeroportunda həyəcan - Təyyarəni qaçırmağa cəhd etdilər

07.11.2019, 01:35
Amsterdam aeroportunda həyəcan - Təyyarəni qaçırmağa cəhd etdilər

Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. "Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb", - NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis "Twitter"dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

"Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər", - deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol