Menu

Tofiq Yaqublu azadlığa buraxıldı - FOTO

18.11.2019, 15:45
Tofiq Yaqublu azadlığa buraxıldı - FOTO

Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu az əvvəl saxlanıldığı Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasından azadlığa buraxılıb. Azpolitika.info xəbər verir ki, bu barədə onun qızı Nigar Yaqublu sosial şəbəkədəki hesabında məlumat yayıb.

Xatırladaq ki, T.Yaqublu Milli Şuranın 19 oktyabrda Bakıda keçirdiyi razılaşdırılmamış mitinqdə saxlanılıb. Məhkəmə onun barəsində bir aylıq inzibati həbs qərarı çıxarıb. Bu gün həmin müddət bitib və MŞ üzvü sərbəst buraxılıb.

Azpolitika.info

Şərhlər

oxucu 2019-11-18 15:45:54

Səmimi etirafımdır, azərbaycanlı olmağımla qürur duya bilmirəm.
Bunun səbəbi isə Qarabağda düçar olduğumuz məğlubiyyətimiz, karyera və maddiyyat ucbatından bir çoxlarının cəmiyyətdəki davranışları və s.dir. Lakin bu millətin içində Tofiq Yaqublu kimi şəxsiyyətləri görəndə yanıldığımın qənaətindəyəm. Sağ olsun Tofiq bəy! Deməli bu ölkədə hələ yaşamağa dəyər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol